TÖVSİYƏ XƏBƏRLƏR

Bugündən Bakıdan regionlara gedən sərnişinlərdən ikinci doza peyvənd tələb edilir

Bugündən, noyabrın 1-dən ölkənin şəhər və rayonlarından dəmir yolu nəqliyyatı və avtomobil nəqliyyatı ilə sərnişin daşımaları həyata keçirilərkən sərnişinlərdən COVID-19-a qarşı ikinci doza peyvənd olunması və yaxud COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunur. Bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın sentyabrın 24-də qəbul etdiyi qərara əsasən həyata keçirilir.

Bu qərar Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu arasında sərnişindaşımalara, həmçinin taksi minik avtomobilləri ilə sərnişin daşımalara aid edilmir.