Bugün, sentyabrın 24-dən Azərbaycanda “BakıKart”ın balansını onlayn artırmaq mümkündür. Bu haqda Bakı Nəqliyyat Agentliyi məlumat verib.
Bunun üçün online.bakikart.az portalına daxil olub e-mail və ya telefon nömrəsi ilə qeydiyyatdan keçmək lazımdır. Kartın balansını birbaşa və ya kartı şəxsi kabinetə əlavə etməklə artırmaq olar. Ödənilən məbləğ kartın balansına bir saat ərzində oturur.
Vətəndaşlar kart balanslarını, həmçinin “MilliÖn” terminalları vasitəsilə də artıra bilərlər. “MilliÖn” ödəmə terminallarının sayı 1000-ə çatdırılıb.
Nağdsız ödəniş sisteminə inteqrasiya şəffaflığın artırılması və sərnişin axınının öyrənilməsi üçün önəmlidir.
Balansın artırılması qaydaları ilə bu video vasitəsilə tanış olmaq olar: