Bugündən müəllimlərin vakansiya seçimləri başlayır

Sentyabr ayının 3-dən saat 18:00-dan etibarən 6 sentyabr tarixinədək müəllimlər müddətli müqavilə ilə işə qəbul üçün vakansiya seçə və elektron ərizələri təsdiq edə bilərlər. Bu barədə Təhsil Nazirliyi məlumat verib.

Müsabiqədə test imtahanından 30 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər. Müəllimlər dörd vakant yer seçə bilərlər.

Əvvəlki turlarda vakant yer tutduqdan sonra imtina edən namizədlər növbəti turlarda iştirak edə bilməyəcəklər.

Avqustun 24-dən avqustun 26-na qədər müəllimlərin müddətli müqavilə ilə işə qəbulunun birinci turu keçirilib.

Gələcəkdə tədris ili ərzində müddətli müqavilə ilə çalışan müəllimlərin daimi işlə təmin edilməsi üçün müsabiqənin keçirilməsi nəzərdə tutulub.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Bugündən müəllimlərin vakansiya seçimləri başlayır”

Tövsiyə xəbərlər