Bugündən Naxçıvanda məktəblər açılır

Sentyabrın 15-dən Naxçıvan Muxtar Respublikasında məktəblərin bütün sinifləri üzrə tədrisə başlanılıb.

Əvvəlki dövrdən fərqli olaraq bu il üçün məktəblərdə tədris ikinövbəli həyata keçiriləcək. Buna səbəb pandemiyaya görə şagirdlərin parta arxasında tək oturdulmasıdır.

Pandemiya şəraiti ilə əlaqədar ölkə ərazisində 2021-2022-ci tədris ilinin başlama tarixi dəyişdirilib. Aşağı siniflər üçün dərslər sentyabrın 22-də, ali təhsil və orta ixtisas təhsil müəssisələrində isə sentyabrın 29-da başlayacaq.

Buna baxmayaraq, Bilik Günü ənənəvi qaydada sentybarın 15-də qeyd olunur.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Bugündən Naxçıvanda məktəblər açılır”

Tövsiyə xəbərlər