TÖVSİYƏ XƏBƏRLƏR

Bugünkü Bakı-Kiyev-Bakı marşrutu üzrə uçuş ləğv olunub

Azərbaycanın “Buta Airways” aviaşirkəti Bakı-Kiyev-Bakı marşrutu üzrə bugünkü reysini ləğv edib. Bu barədə aviaşirkət 24 fevral tarixində öz Telegram kanalında məlumat verib.

Buna səbəb Ukraynanın hava məkanı hüdudlarında mülki təyyarələrin uçuşlarının məhdudlaşdırılmasıdır.

Sərnişinlər biletləri digər tarixlərə dəyişdirə və ya cərimə tətbiq edilmədən geri qaytara bilərlər.