Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, avqustun 16-da Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 24-27° isti, gündüz 33-37° isti, Bakıda gecə 25-27° isti, gündüz 35-37° isti olacaq.
Dəniz suyunun temperaturu 27-29° isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 34-39°, dağlarda gecə 15-20°, gündüz 24-29° isti olacaq.