Builki ən yaşlı və ən gənc tələbələr məlum oldu

Sentyabrın 7-də Dövlət İmtahan Mərkəzindən bildirilib ki, tələbə adını qazanan ən yaşlı abituriyentin 52 yaşı var. O, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisası üzrə əyani təhsil alacaq.

Ən gənc abituriyent isə 2006-cı il təvəllüdlüdür. 15 yaşlı abituriyent IV qrup üzrə keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərərək, Azərbaycan Tibb Universitetinə qəbul olunub.

Qeyd edək ki, ali məktəblər, peşə məktəbləri, kolleclər sentyabrın 29-dan açılacaq.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Builki ən yaşlı və ən gənc tələbələr məlum oldu”

Tövsiyə xəbərlər