Buraxılış imtahanlarında iştirak etməyənlər üçün əlavə imtahan keçiriləcək

Bu il keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün sentyabrın 9-da əlavə imtahan keçiriləcək. Bu barədə Dövlət İmtahan Mərkəzi sentyabrın 7-də məlumat yayıb.

İmtahan 9-cu və 11-ci sinif şagirdləri və eksternat qaydasında imtahan verənlər üçün nəzərdə tutulub və saat 10:00-da başlanacaq.

İştirakçılar “buraxılış vərəqəsi”ni internet vasitəsilə çap edə bilərlər.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran, Xaçmaz şəhərlərində təşkil olunacaq.

Kütləviliyin qarşısını almaq üçün şagirdlərə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. Bu vaxt onların buraxılış vərəqəsində göstərilib.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Buraxılış imtahanlarında iştirak etməyənlər üçün əlavə imtahan keçiriləcək”

Tövsiyə xəbərlər