“Buta Airways” aşağıbüdcəli aviaşirkəti Bakı-Soçi-Bakı marşrutu üzrə birbaşa reyslər açır. Bu haqda 2 fevral tarixində AZAL məlumat verib.
Qara dənizin tanınmış kurort şəhərinə – Soçiyə birbaşa reyslər martın 18-dən etibarən həftənin çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək.
Aviabiletlər www.butaairways.az saytında, həmçinin www.azal.az saytında və aviaşirkətlərin mobil tətbiqlərində mövcuddur.