TÖVSİYƏ XƏBƏRLƏR

“Buta”nın təyyarəsi Düşənbəyə ilk uçuşunu həyata keçirib

“Buta Airways” aviaşirkətinin təyyarəsinin Tacikistanın paytaxtı Düşənbə şəhərinə ilk uçuşu həyata keçirilib. Bu barədə Report 30 may tarixində xəbər verib.

Düşənbə Beynəlxalq Hava Limanında keçirilən mətbuat konfransında “Buta Airways” şirkətinin direktoru Cəmil Manizadə bildirib ki, “Buta Airways”in Bakı – Düşənbə – Bakı aviareysi Azərbaycan və Tacikistan arasında turizm, biznes və iqtisadi əlaqələrin inkişafında böyük rol oynayacaq.

Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov aviareysin açılışının hər iki ölkə arasında iqtisadiyyat, ticarət və mədəniyyət sahələrində əməkdaşlığa, eləcə də iki ölkə xalqlarının daha da yaxınlaşmasına böyük töhfə verəcəyini bildirib.

Tacikistanın Turizmin İnkişafı üzrə Komitəsinin sədrinin birinci müavini Həbibulla Əmirbəyzadə diqqətə çatdırıb ki, Azərbaycan və Tacikistan arasında birbaşa uçuşların başlanması turizm sektorunda bir sıra əhəmiyyətli layihələri həyata keçirməyə imkan yaradacaq.

Bakı – Düşənbə – Bakı reysi iki ölkə arasında münasibətlərin inkişafına yönələn birgə səylərin nəticəsidir. Birbaşa aviareys ölkələr arasında işgüzar əlaqələrin möhkəmlənməsinə də xidmət edəcək.

Bakı – Düşənbə – Bakı aviareysi üzrə uçuşlar həftənin cümə axşamı günləri reallaşacaq.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx