Tərtərdə kişi minaya düşüb. Bu barədə 6 oktyabr tarixində Daxili İşlər Nazirliyi (DİN) xəbər yayıb.
Hadisə oktyabrın 6-da saat 17 radələrində Tərtər rayonunun Çaylı kəndində baş verib. Həsənqaya kənd sakini, 1989-cu il təvəllüdlü Yaquar Hadıyev piyada əleyhinə minaya düşərək həlak olub.
Araşdırma aparılır.