Son bir neçə saat ərzində paytaxt sakinləri İsrailin Bakıdakı səfirliyinə güllər və uşaq oyuncaqları gətirirlər. Bu addımla onlar HƏMAS və “İslam Cihadı”nın hücumu nəticəsində öz yaxınlarını itirən İsraillilərlə həmrəyliklərini göstərirlər.
İnsanlar könüllü olaraq səfriliyin qarşısına gəlirlər. Bununla bağlı yerli KİV və sosial şəbəkələrdə heç bir çağırış olmayıb.
İndiyə qədər rəsmi İsrail mənbələri 700 nəfərin ölməsi və 2200 yaralının olması barədə məlumat verib. Həmçinin 100-lərlə israilli tutularaq Qəzza sektoruna göndərilib. Onların arasında balaca uşaqlar da var.
[video width="1080" height="1920" mp4="https://insanoid.com/storage/thumbs/large/2023/10/15.mp4"][/video]