top
Müdafiə Nazirliyi Hava Hücumundan Müdafiə ixtisası üzrə MAXE qəbulu elan edir
Bu gün, 12:56
- +

Müdafiə Nazirliyi Hava Hücumundan Müdafiə ixtisası üzrə MAXE qəbulu elan edir

Müdafiə Nazirliyi Hava Hücumundan Müdafiə ixtisası üzrə müddətdən artıq həqiqi hərbi xidmətə (MAXE) qəbul elan edir.

Bu barədə İnsanoid.com nazirliyə istinadən xəbər verir.

Bildirilib ki, sənəd qəbulu 15 may tarixinədək (bayram və qeyri-iş günləri daxil) elektron qaydada, eyni zamanda Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda (Ünvan: Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi 9a) və Əlahiddə Ümumqoşun Ordunun Təlim və Tədris Mərkəzində (Ünvan: Naxçıvan şəhəri, "Naxçıvan-1" hərbi şəhərciyi) saat 09:00-dan 17:00-dək həyata keçiriləcəkdir (şənbə, bazar və bayram günləri istisna olmaqla). Namizədlərin yuxarıdakı üsullardan hər hansı biri vasitəsilə sənədlərini təqdim etmələri yetərli hesab olunur.

"Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların hazırlığı kursu"na ən azı ümumi orta təhsilli, müddətli həqiqi hərbi xidmətini başa vurmuş 35 yaşınadək kişi cinsli hərbi vəzifəlilər (zabit, gizir, miçman hərbi rütbəsi olanlar istisna olmaqla), eləcə də Silahlı Qüvvələrdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmiş ("Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 156-cı maddəsinin "a" bəndinə (xidmət müddəti başa çatdığına görə), "q" bəndinə (ştat ixtisarına görə) əsasən ordu sıralarından ehtiyata buraxılmış) 40 yaşınadək kişi cinsli hərbi vəzifəlilər qəbul edilir.

Elektron qaydada müraciət etmək istəyən namizədlər mmu.edu.az saytının "Təhsil müəssisələrinə qəbul" bölməsindəki "Çavuş hazırlığı (MAHHXHQ)" hissəsinə keçid edərək elektron sənəd qəbulu portalından müvafiq sənədlərlə tanış ola və müraciət edə bilər.

Kursa qəbul olmaq üçün müraciət etmiş namizədlər hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə qəbul komissiyası tərəfindən Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələrinə göndərilir. Hərbi Həkim Komissiyasının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər müsabiqə mərhələsinə buraxılırlar.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 14:07

Hikmət Hacıyev: Azərbaycan regionda yeni əməkdaşlıq formatı yaradıb

Bütün Xəbərlər
Bu gün, 12:05

Prezident İlham Əliyevin Antalyada Moldova Prezidenti ilə görüşü olub

Bütün Xəbərlər
Bu gün, 11:35

Laynerdə 14 qədəh tekila içib yıxılan tibb bacısı 300 min dollar təzminat qazandı

Bütün Xəbərlər
Bu gün, 11:29

Azərbaycan Prezidenti İlham Əliyevin Antalyada Şimali Kipr Prezidenti ilə görüşü olub

Bütün Xəbərlər
Bu gün, 11:21

Prezident İlham Əliyevin Antalyada Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub

Bütün Xəbərlər
Dünən, 17:54

Təhsil alanlara ailə başçısını itirməyə görə sosial ödənişin verilməsi proseduruna dəyişiklik edili

Bütün Xəbərlər
Dünən, 17:50

Zəngilanda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib, protokol və yol xəritə

Bütün Xəbərlər
Dünən, 14:58

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfər edib

Bütün Xəbərlər
Dünən, 12:32

Sabah 22 dərəcə isti olacaq

Bütün Xəbərlər
Dünən, 11:41

Ağır cinayətlərdə ittiham olunan daha bir azərbaycanlı Türkiyədən ekstradisiya ediləcək

Bütün Xəbərlər
Dünən, 10:37

Beynəlxalq axtarışa verilən məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib

Bütün Xəbərlər
Dünən, 10:33

Ali məktəblərə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdi üzrə qeydiyyat aparılır

Bütün Xəbərlər
15 aprel 2026, 16:50

Futbol tarixinin ən böyük dövlət cinayəti və illərlə basdırılan həqiqət - ARAŞDIRMA + FOTO

Bütün Xəbərlər
15 aprel 2026, 16:11

Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə Azərbaycana kompensasiya ödəyəcək

Bütün Xəbərlər
15 aprel 2026, 13:48

Bəzi yerlərdə qısamüddətli yağıntılar gözlənilir - PROQNOZ

Bütün Xəbərlər
15 aprel 2026, 13:38

Tağıyev qəsəbəsində uşaqları dəm qazından zəhərlənən ailənin 6 övladı dövlət himayəsində qalacaq

Bütün Xəbərlər
15 aprel 2026, 11:08

Milli Xalça Muzeyində "Yaddaşa həkk olunan təsvir" adlı fərdi sərgi açılıb

Bütün Xəbərlər
15 aprel 2026, 10:54

Azərbaycanda tədavülə yenilənmiş 100 manatlıq pul nişanı buraxılır

Bütün Xəbərlər
15 aprel 2026, 10:44

Bu gündən Dövlət Proqramı çərçivəsində yeni tədris ili üzrə sənəd qəbulu başlayır

Bütün Xəbərlər
14 aprel 2026, 16:33

Ödənişli avtomagistrallarda maksimum sürət həddi saatda 130 km təsdiqlənib

Bütün Xəbərlər
14 aprel 2026, 15:13

Leyla Əliyeva: "Azərbaycanda qadınlara hörmət mədəniyyətin və ənənələrin ayrılmaz hissəsidir"

Bütün Xəbərlər
14 aprel 2026, 12:55

Sabah yağış yağacaq

Bütün Xəbərlər
14 aprel 2026, 12:51

Prezident İlham Əliyev Esvatininin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Oxşar xəbərlər