Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Bu barədə 29 dekabr tarixində APA məlumat verib.
Masallı rayon sakini Mircəlal Əkbərli saxlanılıb. Həmin şəxsin üzərinə və yaşadığı evə baxış zamanı 2 kiloqrama yaxın psixotrop maddə metamfetamin və narkotik vasitə heroin aşkar olunaraq götürülüb.
Məlum olub ki, M.Əkbərli şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərilən narkotikləri Xırdalan şəhərində satmaq məqsədi ilə qəbul edib.
Faktla bağlı araşdırma aparılır.
[gallery link="file" columns="2" size="full" ids="157115,157116"]