Yeni Azərbaycan Partiyası VI çağırış Milli Məclisin bəzi deputatlarının növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürməyib. Bununla bağlı partiyanın İdarə Heyətinin bugünkü iclasında qərar qəbul edilib. Bu barədə 17 iyul tarixində Report məlumat verib.
Belə ki, partiyanın İdarə Heyətinin qərarı ilə VI çağırış Milli Məclisin deputatları Vasif Talıbov və İsa Həbibəylinin namizədliyi irəli sürülməyib.
Bundan başqa, Səttar Möhbalıyevin də namizədliyi hakim partiya tərəfindən irəli sürülməyib. Məlumata görə, Eldar Quliyevin də adı YAP deputatlığa namizədlər siyahısında yoxdur.