Polis əməkdaşlarının Cəlilabadda keçirdikləri əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən üç nəfər rayon sakini saxlanılıb. Bu barədə sentyabrın 15-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Saxlanılanlardan 4 kiloqamdan artıq heroin, 1 kiloqram 200 qram tiryək, 251 qram metamfetamin, 2 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.