Cəlilabadda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri saxlanılıb

Cəlilabadda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Ə.Cəfərov saxlanılıb. Bu barədə sentyabrın 7-də DİN xəbər verib.

Axtarış zamanı saxlanılan şəxsdən psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. Cəfərovun psixotrop maddəni əldə etdiyi şəxsin rayonun Məşədilər kənd sakini F.Əzizov olduğu müəyyən edilib. O, idarə etdiyi “Vaz” markalı avtomobildə saxlanılaraq şöbəyə gətirilib.

F.Əzizovun üzərinə və idarə etdiyi avtomobilə keçirilən baxış zamanı 1 kiloqram 220 qram heroin, 2 kiloqramdan artıq qurudulmuş marixuana, 10 qramdan artıq tiryək, metadon həbləri, 1 ədəd optik cihaz, elektron tərəzi və bıçaq aşkarlanaraq götürülüb.

Bu ilin avqust ayının 1-dən 1 sentyabr tarixinə qədər 7 kq tiryək, 180 kq marixuana, 155 kq heroin, 4 ton çətənə kolu dövriyyədən çıxarılıb. Sözügedən müddət ərzində aşkar edilərək götürülən narkotik vasitə “patı”nın miqdarı isə 21 kq olub.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Cəlilabadda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri saxlanılıb”

Tövsiyə xəbərlər