Flash Xəbərlər

Flash Xəbərlər

TÖVSİYƏ XƏBƏRLƏR

Cəbrayılda Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başlayıb

Cəbrayıl şəhərində Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başlayıb. Bu barədə noyabrın 25-də Report TƏBİB-ə istinadən xəbər verir.

Ailə Sağlamlıq Mərkəzi Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının tabeliyində yaradılıb.

Mərkəz 6 otaqdan ibarətdir. Tibb müəssisəsində Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasından ezam olunan 16 nəfər (tibb və qeyri-tibb) növbəlilik əsasında xidmət göstərəcək. Hər növbədə həkim, tibb bacısı, sürücü və xadimə 24 saat fasiləsiz vətəndaşların xidmətində olacaq.

Sağlamlıq mərkəzinin 10 minə qədər vətəndaşa xidmət göstərməsi nəzərdə tutulub. Müəssisə bütün zəruri tibbi avadanlıqlar və vasitələrlə təmin edilib.

Mərkəzdə təcili və təxirəsalınmaz tibbi yardım xidməti təşkil edilib və ambulansla tam təchiz olunub.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx