TÖVSİYƏ XƏBƏRLƏR

Cəlilabad sakinini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Cəlilabad şəhəri ərazisində Xaqani Əhmədlini vuraraq qəsdən öldürən şəxs saxlanılıb. Bu barədə Report 28 oktyabr tarixində xəbər verib.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 24-də həmin cinayət əməlini törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, 25 yaşlı Böyükxan Muradlı saxlanılıb.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.