Cəlilabadda 14 yaşayış məntəqəsini birləşdirən yollar yenidən qurulur. Bu barədə sentyabrın 13-də Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Uzunluğu 36.2 km, eni ortalama 10 metr olan yolların örtüyü torpaq əsaslı olub. Buna görə nəqliyyat vəsitələrin və piyadaların hərəkətində problemlər yaranırdı.
Layihə çərçivəsində ərazidə asfaltlanma, yol çiyinlərinin bərkidilməsi, suötürücü boruların inşası aparılır. Sonuncu mərhələdə avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılacaq.