TÖVSİYƏ XƏBƏRLƏR

Cəlilabadda 14 yaşlı oğlan itkin düşüb

Cəlilabadda yeniyetmə itkin düşüb. Bu barədə 31 may tarixində APA məlumat verib.

Belə ki, Cəlilabad rayon sakini, 2009-cu il təvəllüdlü Pünhan Ceyhun oğlu Quliyev dünən təhsil aldığı məktəbdən çıxandan sonra rayonu tərk edib və geri qayıtmayıb.

P.Quliyevin maşınla Lənkəranın “Ləvəngi” dairəsinə getdiyi, parkda dönər, su aldığı bildirilir.

Evdən çıxarkən əynində ağ köynək və əlində çanta olub.

Faktla bağlı polisə müraciət olunub.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx