Flash Xəbərlər

Flash Xəbərlər

TÖVSİYƏ XƏBƏRLƏR

Cəlilabadda 31 yaşlı qadın qətlə yetirilib, əri intihara cəhd edib

Cəlilabadda 31 yaşlı qadın qətlə yetirilib, onu öldürməkdə şübhəli bilinən əri isə intihara cəhd edib. Bu barədə 6 fevral tarixində Report Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.

Fevralın 6-da saat 07 radələrində Cəlilabad rayonunun Muğan kəndində 1992-ci il təvəllüdlü Günel Abbasovanın bıçaqla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1987-ci il təvəllüdlü Elxan Əmanov hadisədən sonra sirkə turşusu içib. O xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Fakt üzrə araşdırma aparılır.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx