TÖVSİYƏ XƏBƏRLƏR

Cəlilabadda antisanitar şəraitdə qanunsuz at əti istehsalatı aşkarlanıb

Cəlilabadda qanunsuz at ətinin istehsal edildiyi heyvandarlıq təsərrüfatı aşkarlanıb. Bu barədə İnsanoid Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə istinadən bu gün, 12 sentyabr tarixində məlumat verir.

AQTA DİN əməkdaşları ilə birgə Cəlilabad rayonunun Təzəkənd kəndində qanunsuz olaraq at ətinin istehsal edildiyi heyvandarlıq təsərrüfatına baxış keçirib.

Baxış zamanı heyvandarlıq təsərrüfatında təxmini çəkisi 600 kq olan 3 baş atın antisanitar şəraitdə kəsildiyi və ətin sellofan torbalara yığılmaq üçün hazırlandığı aşkar edilib. Aşkarlanmış at ətindən nümunə götürülərək müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.

 

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx