Oktyabrın 24-də Cəlilabad rayonunda qətl törədilib. Bu barədə 26 oktyabr tarixində Oxu.az məlumat yayıb.
Yenicə həbsdən azadlığa çıxmış 1977-ci il təvəllüdlü Mirzəqani Əhmədov küçədə naməlum şəxs tərəfindən bıçaqlanaraq öldürülüb. Baş verən hadisə videomüşahidə kameraları ilə qeyə alınıb.
M.Əhmədov aptekdən dərman alıb çıxarkən yol kənarında gözləyən gəncin hücumuna məruz qalıb. Ürək nahiyəsindən 2 ağır xəsarət alan 45 yaşlı şəxs xəstəxanada dünyasını dəyişib.