Cəlilabad rayonunda mikroavtobus qəzaya uğrayıb. Bu barədə Report 2 oktyabr tarixində xəbər verib.
Uzuntəpə kəndi ərazisində “Mercedes” markalı mikroavtobus “VAZ 21015” markalı minik avtomobilinə çarpılıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Lakin avtomobillərə ciddi ziyan dəyib.
Mikroavtobusun Cəlilabad – Bakı istiqamətində sərnişin daşıdığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.