Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 26 oktyabr tarixində xəbər verir.
Cəlilabad şəhərinin Xətai küçəsində “VAZ-2107” və “VAZ-21015” markalı minik avtomobilləri toqquşub.
Hadisə nəticəsində “VAZ-2107″nin sərnişini, 2003-cü il təvəllüdlü Nuray Astanova və “VAZ-21015″in sürücüsü, 1956-cı il təvəllüdlü Xanoğlan Rzayev xəsarət alıblar.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Sürücünün vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.