Cəlilabadda narkokuryerdən külli miqdarda narkotik götürülüb

Cəlilabadda narkokuryerdən külli miqdarda narkotik götürülüb

Cəlilabadda saxlanılan narkokuryerin əlindəki bağlamada külli miqdarda müxtəlif növ narkotik vasitələr aşkarlanıb. Bu barədə İnsanoid DİN-in mətbuat xidmətinə istinadən bu gün, 21 yanvar tarixində məlumat verir.

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş Mirkənan Mirsüleymanlı rayon ərazisində saxlanılıb.

Keçirilən baxış zamanı onun əlindəki bağlamadan 5 kiloqram 800 qrama yaxın heroin, 3 kiloqrama yaxın marixuana və 20 qram metamfetamin aşkarlanaraq götürülüb. İlkin araşdırma zamanı həmin şəxsin xaricdə yaşayan narkotacirlər tərəfindən narkokuryerliyə cəlb edildiyi müəyyən edilib.

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən daha bir nəfər, əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Mahir Bağışov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 200 qrama yaxın tiryək və marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx