TÖVSİYƏ XƏBƏRLƏR

Cəlilabadda narkokuryerlər saxlanılıblar

Cəlilabadda saxlanılan narkokuryerlərdə 13 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr aşkar edilib. Bu barədə 2 sentyabr tarixində İnsanoid-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan rayon sakini Bəhruz Hüseynov və Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Cavid Bayramov saxlanılıblar. Onların həmin narkotik vasitələrini satmaq üçün Bakıya gətirmək tapşırığı aldıqları müəyyən edilib.

Saxlanılan şəxslərdən 5 kiloqram 300 qram heroin, 8 kiloqram 300 qram marixuana, əlavə olaraq metamfetamin və 100 ədəd metadon həbi aşkarlanaraq götürülüb.

B.Hüseynov və C.Bayramovun şəxsiyyəti istintaqla araşdırılan, İranda yaşayan narkotacir tərəfindən narkokuryerliyə cəlb edildikləri məlum olub.

Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırma aparılır.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx