Cəlilabadda yeni yaşayış massivinin sakinləri internetin olmamasından narazıdırlar. Bu barədə sentyabrın 20-də Report məlumat yayıb.
Onların sözlərinə görə, dirəklərin basdırılmasına və tellərin çəkilməsinə baxmayaraq bir ildir ki, internet yoxdur: “Bütün bunlara baxmayaraq, şəbəkəyə hələ də qoşulmayıb”.
Məsələ ilə bağlı “Aztelekom“ MMC-dən açıqlama verilib. Bildirilib ki, yeni yaşayış massivində 1400 abonentə telefon və internetin çəkilişi nəzərdə tutulub. Məlumata görə, hazırda son tamamlanma işləri aparılır.
Qoşulma işlərinin ilin sonuna qədər yekunlaşması nəzərdə tutulub.