TÖVSİYƏ XƏBƏRLƏR

Cəlilabadın Zopun kəndində yollar yararsız hala düşüb

Cəlilabad rayonunun Zopun kəndinin yolları bərbad vəziyyətə düşüb. Bu barədə Report 31 yanvar tarixində məlumat verib.

Kənd sakinlərinin sözlərinə görə, kəndin yolları indiyə qədər heç vaxt asfalt örtüklə döşənməyib.

Onlar deyirlər ki, yollara vaxtaşırı çınqıl-daş tökülsə də, bu, elə də uzunömürlü olmur. Buna görə də yolların təkrar təmir-bərpaya ehtiyacı yaranır.

Məsələ ilə bağlı Zopun kənd bələdiyyəsindən bildirilib ki, yolların təmir olunmamasına səbəb sakinlərin vergiləri ödəməməsidir.

Bundan əlavə, qeyd edilib ki, kənd sakinləri üç ildir bələdiyyəyə olan vergiləri ödəmirlər: “Amma 3 il əvvələ kimi bələdiyyə hesabına yollara çınqıl-daş tökülüb”.

Məlumatda, həmçinin vurğulanıb ki, kənd yolunun dövlət hesabına təmir olunması nəzərdə tutulub.

Zopun kəndi rayon mərkəzindən 9 kilometr aralıda yerləşir.

Cəlilabadın Zopun kəndində yollar yararsız hala düşüb
Foto Report.az saytı
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx