TÖVSİYƏ XƏBƏRLƏR

Cənubi Afrika Respublikası Azərbaycanda konsulluq açacaq

“Cənubi Afrika Respublikası (CAR) tezliklə Azərbaycanda konsulluq açmağı planlaşdırır”.

Bunu CAR-nin Türkiyədəki səfiri, eyni zamanda Azərbaycanda da akkreditə olunan səfir Dipuo Berta Letsatsi-Dubau 23 sentyabr tarixində “Report”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, ölkəsi ilə Azərbaycan arasında münasibətlər günü-gündən inkişaf edir. CAR-nin Bakıda konsulluq açması bu əlaqələrin daha da genişlənməsinə səbəb olacaq.

Bakıda keçirilən son Qoşulmama Hərəkatı toplantısında iştirak etdiyini diqqətə çatdıran Dipuo Berta Letsatsi-Dubau tədbirin yüksək səviyyədə keçirilməsindən razılığını ifadə edib: “Bakı ev sahibi olaraq, öz işinin öhdəsindən çox yaxşı gələ bildi və tədbir çox yüksək səviyyədə təşkil olunmuşdu”.