TÖVSİYƏ XƏBƏRLƏR

Cənubi Koreyada robot 40 yaşlı fabrik işçisini öldürüb

Cənubi Koreyada robot fabrik işçisini öldürüb. Bu barədə İnsanoid Koreya mediasına istinadən bu gün, 9 noyabr tarixində xəbər verir.

Ötən gün axşam 19:00 radələrində kənd təsərrüfatı məhsullarının qutularını daşıyan robot işçilərdən birini qutu kimi tanıyaraq onu sıxıb.

Xəsarət alan şəxs xəstəxanaya aparılıb, lakin orada dünyasını dəyişib.

Qırmızı bibərlərin çeşidlənməsini həyata keçirən fabrikdə həmin robotdan 5 ildir ki, istifadə edilirdi.

Faktla bağlı araşdırma aparılır.