Cərəyan kabellərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Cərəyan kabellərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Ötən ilin dekabr və cari ilin yanvar ayları ərzində Tərtər rayonunun bir neçə kəndi ərazisində yerləşən subartezian quyularına məxsus cərəyan kabellərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə 21 yanvar tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.

Araşdırmalarla onun Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Mübariz Bayramov olduğu müəyyən edilib. Dindirilmə zamanı həmin şəxs törətdiyi oğurluq əməllərini etiraf edib.

Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx