TÖVSİYƏ XƏBƏRLƏR

Cari ildə 1200-dək şəxsə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim edilib

Cari ilin əvvəlindən özünüməşğulluq proqramı çərçivəsində 1200-dək işsiz və işaxtaran şəxsə aktivlər təqdim edilib. Bu barədə 22 fevral tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi səhifəsində məlumat verilib.

Məlumata əsasən, ötən həftə ərzində 406 şəxsə mal və material formasında aktivlər verilib. Onların mühüm hissəsini şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları təşkil edir.