TÖVSİYƏ XƏBƏRLƏR

Cari ildə 13,7 kilometr qaz xətləri çəkilib

2022-ci ilin yanvar ayında “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ölkə üzrə 13,7 kilometr qaz xətləri çəkilib. Bu barədə 11 fevral tarixində qurumun rəsmi səhifəsində məlumat verilib.

Məlumata əsasən, çəkilən xətlərin 1 kilometri Bakıda, qalan 12,7 kilometri isə regionlarda çəkilib. Qeyd edilib ki, yanvarda 5 903 yeni abonent qeydə alınıb. Abonentlərin 2,1%-i, və ya 50 628 abonent ilin ilk ayında 1 200 kubmetrlik qaz limitini keçib.