Bu ilin əvvəlindən 300-dək şəxsə özünüməşğulluq proqramı üzrə aktivlər verilib. Bu barədə 1 aprel tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi səhifəsində məlumat verilib.
Aktivlər şəhid ailəsi üzvlərinə və qazilərə mal və materiallar formasında təqdim edilib. Verilmiş aktivlər hesabına onlar kiçik təsərrüfat və müəssisələrini yaradıblar.