Cari ilin ilk 3 ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus “Security Operation Services” (“SOS”) mühafizə şirkətində ikinci Qarabağ müharibəsinin 29 iştirakçısı işlə təmin edilib. Bu barədə 5 may tarixində SOCAR-a istinadən Report məlumat verib.
Məlumata əsasən, hesabat dövründə şirkət tərəfindən elan olunan 165 vakansiya üzrə 162 nəfər müraciət edib və onlardan 111 nəfər işlə təmin edilib. Onların arasında 29 müharibə iştirakçısı ilə yanaşı, 4 şəhid ailəsinin üzvü də var.
Qeyd edək ki, SOCAR-ın obyektlərinin qorunmasını həyata keçirən “SOS” şirkətində indiyədək 149 şəhid ailəsi, qazi və müharibə iştirakçısı işlə təmin edilib.