Azərbaycanda 2025-ci il üçün yaşayış minimumu təsdiqlənib.
İnsanoid.com xəbər verir ki, bununla bağlı ölkə başçısı qanunu təsdiqləyib.
Ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib.
Qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.