top
5 milyona görə Vasif Talıbovu günahlandırır - Bu məmurların da adı keçir
18 mart 2026, 05:43
- +

5 milyona görə Vasif Talıbovu günahlandırır - Bu məmurların da adı keçir

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin 5 milyon manatdan çox mənimsəmədə ittiham olunan sabiq sədri Bəhruz Əsgərov özünü təqsirli bilmir.

Qafqazinfo.az xəbər verir ki, onun işi üzrə ilk məhkəmə baxışı keçirilib. Proses prokurorun ittiham aktını elan etməsi ilə başlayıb.

İttiham konkret olaraq ondan ibarətdir ki, Bəhruz Əsgərov 2018-2020-ci illər ərzində Şərur Rayon Yol Təmir İstismar İdarəsinin rəisi Mikayıl İbrahimov, Culfa Rayon Yol Təmir İstismar İdarəsinin rəisi Yaşar İbrahimov, Şahbuz Rayon Yol Təmir İstismar İdarəsinin rəisi Səbuhi Dadaşov, Sədərək Rayon Yol Təmir İstismar İdarəsinin rəisi Malik Zamanov, Ordubad Rayon Yol Təmir İstismar İdarəsinin rəisi Müslüm Mehdiyev, Kəngərli Rayon Yol Təmir İstismar İdarəsinin rəisi Çingiz Mehdiyev, Babək Rayon Yol Təmir İstismar İdarəsinin rəisi Arif Əsgərov, Naxçıvan Şəhər Yol Təmir İstismar İdarəsinin rəisi Hidayət İmanov və digərləri ilə birləşərək dövlət büdcəsindən yolların təmiri üçün ayrılmış 5 milyon manatdan artıq vəsaiti mənimsəyiblər.

B.Əsgərov isə vəziyyətin əslində başqa cür olduğunu bildirib.

Əldə etdiyimiz məlumata görə, Agentliyin eks-rəhbəri bu dəfə geniş ifadə verməsə də, əvvəlki dindirmələrin hamısında korrupsiyaya görə Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovu ittiham edib. Onun sözlərinə görə, dövlət büdcəsindən hər dəfə ayrılan pulların 10 faizi V.Talıbova çatıb. Pulu ona çatdıran isə həmin vaxt Naxçıvanın Şəhərsalma və Arxitektura Komitəsinin sədri işləyən Hicran Rüstəmov olub. Təqsirləndirilən şəxs əlavə edib ki, həmin 10 faizi çatdırmayacağı halda işini itirəcəyi ilə təhdid edilib.

Məlumat üçün deyək ki, H.Rüstəmov özü də 212 milyonluq yeyintidə təqsirli bilinirdi.

Növbəti iclasda B.Əsgərov hakim qarşısında sərbəst ifadə verəcək. Yekunda təqsirli bilinəcəyi halda isə onu 10 ildən 14 ilə kimi həbs gözləyir.

 

Son xəbərlər

Bütün Xəbərlər
Dünən, 15:56

AZAL və "Air Serbia" yeni kod-şerinq tərəfdaşlığına başlayıb

Bütün Xəbərlər
Dünən, 14:11

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə geniş tərkibdə görüşü olub

Bütün Xəbərlər
Dünən, 13:41

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü olub

Bütün Xəbərlər
Dünən, 12:49

Prezident İlham Əliyevin Gürcüstanın Prezidenti ilə təkbətək görüşü olub

Bütün Xəbərlər
Dünən, 10:08

İlham Əliyev Gürcüstanda dövlət səfərindədir

Hərbi
Dünən, 09:34

Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Cəmiyyət
04 aprel 2026, 05:53

Əli Əsədov leysan yağışların vurduğu zərərlə bağlı tapşırıqlar verib

Siyasət
04 aprel 2026, 01:19

İlham Əliyev Seneqal Prezidentini təbrik edib

Cəmiyyət
03 aprel 2026, 22:57

Yol polisi mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Cəmiyyət
03 aprel 2026, 22:47

FHN gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Siyasət
03 aprel 2026, 22:44

Prezident İlham Əliyev: "Həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik"

Siyasət
03 aprel 2026, 22:42

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır

Cəmiyyət
03 aprel 2026, 07:09

Həlak olan iki minatəmizləyənin ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edilib

Siyasət
03 aprel 2026, 06:00

Azərbaycanın səfirlik, nümayəndəlik, konsulluq və fəxri konsulluqları haqqında əsasnamələr təsdiqlənib

Cəmiyyət
03 aprel 2026, 05:25

Prezident minatəmizləmədə fərqlənən bir qrup şəxsi medalla təltif edib

Cəmiyyət
03 aprel 2026, 04:45

Bakı metrosunda qatarlar arasında interval növbəti dəfə azaldılıb

Cəmiyyət
03 aprel 2026, 04:28

"e-Sosial" mobil tətbiqi fəaliyyətini dayandırır

Nəqliyyat
03 aprel 2026, 00:45

Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsi ödənişli olacaq

Cəmiyyət
02 aprel 2026, 23:25

Mart ayında 91 nəfər zəhərlənib

İdman
02 aprel 2026, 06:41

“Azərbaycanda oynasam, babam sevincindən uçar” - Roman Kərimovun MÜSAHİBƏSİ - FOTO

Cəmiyyət
02 aprel 2026, 04:10

MİDA-da rəhbər vəzifəyə təyinat olub

Hava
02 aprel 2026, 01:46

Sabahın hava proqnozu açıqlanıb

Kriminal
02 aprel 2026, 01:40

Bakıda doğum günündə ərini öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Siyasət
02 aprel 2026, 01:17

Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Oxşar xəbərlər