top
Azərbaycanda hakimiyyəti zorla ələ keçirilməsinə çağırış edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
Bu gün, 15:13
- ↺ +

Azərbaycanda hakimiyyəti zorla ələ keçirilməsinə çağırış edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanın Baş prokurorluğu "Şanlıurfa Olay" qəzetinin köşə yazarı, Türkiyə vətəndaşı Celal Çiftçinin Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi, zor tətbiqi ilə dini nifrət və düşmənçiliyin salınmasına yönələn materialların paylaşılması faktları üzrə cinayət işi açıb, onun barəsində qiyabi olaraq həbs qətimkan tədbiri seçilib və C. Çiftçi beynəlxalq axtarışa elan edilib.

İnsanoid.com Baş Prokurorluğa istinadən xəbər verir ki, sosial şəbəkələrdə müxtəlif şəxslər, o cümlədən 1975-ci il təvəllüdlü, "Şanlıurfa Olay" qəzetinin köşə yazarı, Türkiyə vətəndaşı Celal Çiftçi tərəfindən Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi, zor tətbiqi ilə dini nifrət və düşmənçiliyin salınmasına yönələn materialların paylaşılması faktları üzrə Baş Prokurorluğa daxil olmuş məlumatlar əsasında araşdırmalar aparılıb.

Bildirilib ki, araşdırma zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli, 309 saylı qərarından sonra Azərbaycan Respublikasında hakimiyyətin çevriliş və zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi, zor tətbiqi ilə dini nifrət və düşmənçiliyin salınması və təşviqinə yönələn dini radikalizm məzmunlu, o cümlədən süni intellekt vasitəsilə hazırlanmış materialların təkrar yayılması, eləcə də radikal məzmunlu müxtəlif başlıqlar altında təkrar çağırışların edilməsi müəyyən olunub.

Toplanmış materiallar əsasında Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən 16 oktyabr 2026-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar təkrar törədildikdə), 283.2.1 (dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində zor tətbiq etməklə dini nifrət və düşmənçiliyin salınması) və 167-3.1-ci (dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və onun zəruriliyinə bəraət qazandıran materialların hazırlanması, saxlanması və yayılması) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

Celal Çiftçi cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində beynəlxalq axtarış elan edilib. Hazırda onun və digər şəxslərin barəsində müvafiq istintaq hərəkətlərinin aparılması məqsədilə Türkiyə Respublikasının səlahiyyətli orqanlarına beynəlxalq hüquqi yardım haqqında sorğular göndərilir, eləcə də beynəlxalq əməkdaşlıq mexanizmləri çərçivəsində digər zəruri tədbirlər həyata keçirilir.

İbtidai istintaq çərçivəsində qeyd olunan məlumatların, habelə, bu xarakterli digər materialların məzmununun, hazırlanma və yayılma hallarının, eləcə də iş üçün əhəmiyyətli digər halların obyektiv, tam və hərtərəfli araşdırılması, əməllərə hüquqi qiymət verilməsi və qanunvericiliyin tələblərinə uyğun qərar qəbul edilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.

Baş Prokurorluq dini dözümlülüyün, qarşılıqlı hörmətin və ictimai həmrəyliyin qorunması naminə hər kəsi dini zəmində nifrət və düşmənçiliyi təşviq edən məzmunun yayılmasından çəkinməyə, sosial şəbəkələrdən məsuliyyətlə istifadə etməyə və qanunvericiliyin tələblərinə riayət etməyə çağırır.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 21:50

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

Cəmiyyət
Bu gün, 17:49

Peşə məktəblərində yeni kurikulumlar gələn tədris ilindən tətbiq ediləcək

Cəmiyyət
Bu gün, 17:04

Azərbaycana kütləvi kiberhücumun yeni detalları üzə çıxdı: Ödənişli xidmətdən istifadə olunub

Cəmiyyət
Bu gün, 16:59

Bakıda bu rayonda 30 bina SÖKÜLƏCƏK - KÜÇƏLƏRİN ADLARI

Cəmiyyət
Bu gün, 16:52

Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum öldü

Cəmiyyət
Bu gün, 14:59

Atanın oğluna gətirdiyi "sovqat"da narkotik aşkarlandı

Cəmiyyət
Bu gün, 14:43

Bakının Gəncə prospektində təhlükəli vəziyyət: itlər insanlara hücum edir - VİDEO

Cəmiyyət
Bu gün, 14:30

"Ad günü"ndən 48 il sonra... - FOTO

Cəmiyyət
Bu gün, 13:50

"20 Yanvar" və "Şamaxinka" ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır

Cəmiyyət
Bu gün, 12:59

Prezident İlham Əliyev Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib

Cəmiyyət
Bu gün, 12:56

Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib

Cəmiyyət
Bu gün, 12:52

Sabah Azərbaycanda 31 dərəcə isti olacaq

Cəmiyyət
Bu gün, 12:50

Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib

Cəmiyyət
Bu gün, 12:42

Azərbaycan sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb

Cəmiyyət
Bu gün, 12:31

Dövlət qulluqçularının fəaliyyətini davam etdirməsi üçün imtahan vermələri tələb olunmayacaq

Cəmiyyət
Bu gün, 12:20

Dövlət qulluğunda Dövlət Proqramı ilə xaricdə təhsil alanlarla bağlı yenilik açıqlanıb

Cəmiyyət
Bu gün, 12:10

Hərbçilərin əməkhaqları artırılır

Cəmiyyət
Bu gün, 11:30

Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib

Cəmiyyət
Bu gün, 11:26

Azərbaycan əhalisinin sayı 0,2 faiz artıb

Cəmiyyət
Bu gün, 10:55

"Tesla" uçan avtomobil təqdim etdi - VİDEO

Cəmiyyət
Bu gün, 10:11

Narkotik təsiri altında olan Abu-Dabi şahzadəsi London küçələrində - VİDEO

Cəmiyyət
Bu gün, 10:00

İlk dəfə meyitdən ürək köçürülən mərhumun anası: "Əcəl onu başqa şeydən apardı" - VİDEO

Cəmiyyət
Bu gün, 09:05

İnfantino mübahisəli investisiya təşəbbüsünə görə üzr istəyib

Oxşar xəbərlər