top
Dövlət Vergi Xidməti Kartdan karta üsulu ilə işləyən 43 sahibkara maliyyə sanksiyaları tətbiq edib
29 oktyabr 2024, 06:35
- +

Dövlət Vergi Xidməti "Kartdan karta" üsulu ilə işləyən 43 sahibkara maliyyə sanksiyaları tətbiq edib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhərində iaşə və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan 43 vergi ödəyicisinə maliyyə sanksiyaları tətbiq edib.

Qurumdan verilən məlumata görə, dəfələrlə edilən xəbərdarlıqlara və aparılan məlumatlandırma işlərinə baxmayaraq, pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirilməsi hallarının davam etdiyi müşahidə olunur.

Qeyd edilən halların qarşısının alınması üçün Dövlət Vergi Xidməti bu istiqamətdə nəzarəti tədbirlərini gücləndirib. Belə ki, Bakı şəhərində iaşə və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə məxsus obyektlərdə keçirilən nəzarət tədbirləri zamanı nağdsız ödəmələrin POS-terminal vasitəsilə deyil, kartdan-karta köçürülməsinin təşkili ilə bağlı bir sıra faktlar qeydə alınıb. Tədbirlər nəticəsində 43 obyektdə açıq şəkildə kart nömrələrinin gözlə görünən yerlərdə nümayiş olunduğu, bir sıra obyektlərdə müştərilərə sistematik şəkildə kartdan-karta köçürmələr etmək təklif olunduğu müəyyənləşdirilib.

Vergi orqanlarının ilkin xəbərdarlıqlarına baxmayaraq, həmin obyektlərdə bu halların davam etdiyi nəzərə alaraq, sahibkarlıq subyektlərinə protokollar tərtib olunaraq maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar qəbul edilib.

Eyni zamanda, POS-terminallardan istifadədən imtina halları müşahidə olunduğundan Bakı şəhəri ərazisində monitorinq və vergi nəzarəti tədbirləri davam etdirilir.

"Nağdsız vəsaitin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, “Elektron ticarət haqqında” Qanuna əsasən isə istehlakçıların elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir. Sahibkarlar maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödəmələr zamanı POS-terminallardan istifadəni təmin etməlidirlər", - deyə açıqlamada qeyd olunub.

[gallery link="file" size="full" ids="201652,201653,201654,201655,201656,201657"]

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 09:12

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə iki oyunla start veriləcək

Bütün Xəbərlər
Dünən, 15:56

AZAL və "Air Serbia" yeni kod-şerinq tərəfdaşlığına başlayıb

Bütün Xəbərlər
Dünən, 14:11

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə geniş tərkibdə görüşü olub

Bütün Xəbərlər
Dünən, 13:41

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü olub

Bütün Xəbərlər
Dünən, 12:49

Prezident İlham Əliyevin Gürcüstanın Prezidenti ilə təkbətək görüşü olub

Bütün Xəbərlər
Dünən, 10:08

İlham Əliyev Gürcüstanda dövlət səfərindədir

Hərbi
Dünən, 09:34

Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Cəmiyyət
04 aprel 2026, 05:53

Əli Əsədov leysan yağışların vurduğu zərərlə bağlı tapşırıqlar verib

Siyasət
04 aprel 2026, 01:19

İlham Əliyev Seneqal Prezidentini təbrik edib

Cəmiyyət
03 aprel 2026, 22:57

Yol polisi mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Cəmiyyət
03 aprel 2026, 22:47

FHN gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Siyasət
03 aprel 2026, 22:44

Prezident İlham Əliyev: "Həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik"

Siyasət
03 aprel 2026, 22:42

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır

Cəmiyyət
03 aprel 2026, 07:09

Həlak olan iki minatəmizləyənin ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edilib

Siyasət
03 aprel 2026, 06:00

Azərbaycanın səfirlik, nümayəndəlik, konsulluq və fəxri konsulluqları haqqında əsasnamələr təsdiqlənib

Cəmiyyət
03 aprel 2026, 05:25

Prezident minatəmizləmədə fərqlənən bir qrup şəxsi medalla təltif edib

Cəmiyyət
03 aprel 2026, 04:45

Bakı metrosunda qatarlar arasında interval növbəti dəfə azaldılıb

Cəmiyyət
03 aprel 2026, 04:28

"e-Sosial" mobil tətbiqi fəaliyyətini dayandırır

Nəqliyyat
03 aprel 2026, 00:45

Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsi ödənişli olacaq

Cəmiyyət
02 aprel 2026, 23:25

Mart ayında 91 nəfər zəhərlənib

İdman
02 aprel 2026, 06:41

“Azərbaycanda oynasam, babam sevincindən uçar” - Roman Kərimovun MÜSAHİBƏSİ - FOTO

Cəmiyyət
02 aprel 2026, 04:10

MİDA-da rəhbər vəzifəyə təyinat olub

Hava
02 aprel 2026, 01:46

Sabahın hava proqnozu açıqlanıb

Kriminal
02 aprel 2026, 01:40

Bakıda doğum günündə ərini öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Oxşar xəbərlər