top
Ermənistanda saxlanılan azərbaycanlı hərbi qulluqçunun atası oğlu ilə əlaqə yaradılmasını istəyir
Bu gün, 16:54
- ↺ +

Ermənistanda saxlanılan azərbaycanlı hərbi qulluqçunun atası oğlu ilə əlaqə yaradılmasını istəyir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmətdə olan və Ermənistan ərazisində saxlanılan əsgəri Nəsimi Musayevin atası Rasim Musayev bildirib.

O bildirib ki, ailəsi əslən Kəlbəcər rayonunun Armudlu kəndindəndir. Daşkəsən rayonunda qeydiyyatda olsalar da, hazırda Gəncə şəhərində yaşayırlar.

Rasim Musayevin sözlərinə görə, ailədə dörd övlad var: üç oğlan və bir qız. Oğullarından biri Vətən müharibəsi qazisidir, digər oğlu isə hazırda Bakıda hərbi xidmət keçir. Nəsimi Musayev isə Laçın istiqamətində yerləşən N saylı hərbi hissədə xidmət edirdi.

Atası bildirib ki, Nəsimi sağlamlıq vəziyyəti ilə əlaqədar hərbi xidmətə gec çağırılıb. Yastıpəncəli olması səbəbindən tibbi müayinə zamanı müvəqqəti olaraq hərbi xidmətə yararsız hesab edilib. Sonradan isə ona hərbi xidmətə çağırışla bağlı bildiriş gəlib.

Rasim Musayevin sözlərinə görə, hazırda onun ən böyük arzusu oğlu ilə əlaqə saxlamaqdır. Oğlunun taleyindən narahat olduğunu bildirən ata məsələnin həllini gözlədiyini deyib.

Xatırladaq ki, sentyabrın 26-da Nəsimi Musayevin Laçın rayonu istiqamətində xidmət yerində olmadığı müəyyən edildikdən sonra onun axtarışına başlanılıb. Faktla bağlı Hərbi Prokurorluqda cinayət işi başlanıb.

Oktyabrın 1-də Nəsimi Musayev Ermənistanın Sünik vilayətinin Sisian rayonunun Şəki kəndində saxlanılıb. Ermənistan məhkəməsi istintaq altında olan əsgər barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib. O, hazırda İrəvanda saxlanılır.

Mənbə: Modern.az

Son xəbərlər

Siyasət
Bu gün, 16:29

"Dünyada heç bir ölkə təkbaşına inkişaf edə bilməz" - İsrail Prezidenti

Siyasət
Bu gün, 16:23

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Cəmiyyət
Bu gün, 16:05

Lənkəranda toyuq kəsimi sexinin fəaliyyəti dayandırılıb

Cəmiyyət
Bu gün, 15:48

Bakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşüblər, Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Cəmiyyət
Bu gün, 15:16

İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri 8 il müddətə azadlıqdan məhrum edilib

Siyasət
Bu gün, 14:33

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib - YENİLƏNİB/FOTO

Siyasət
Bu gün, 14:19

Prezident: "Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır"

Cəmiyyət
Bu gün, 12:49

Azərbaycan Prezidenti: "Bizi müharibəyə Ermənistan məcbur edib"

Cəmiyyət
Bu gün, 12:32

Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb

Cəmiyyət
Bu gün, 12:11

Azərbaycanda "Rəqəmsal rabitə" informasiya sistemi yaradılır

Cəmiyyət
Bu gün, 11:58

Aygün Kazımova məktəblərdə hicab müzakirələrinə qoşuldu: "Qarşıdurma yaratmaq yolverilməzdir"

Cəmiyyət
Bu gün, 10:31

Aktrisa Demet Özdemir sel səbəbindən studiyada köməksiz vəziyyətdə qaldı - VİDEO

Cəmiyyət
Bu gün, 09:53

Reper Navai Qazaxıstanda yeni cəza ilə üz-üzədir

Cəmiyyət
Bu gün, 09:26

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə işıq olmayacaq

Bütün Xəbərlər
Bu gün, 00:05

Bu gün İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Bütün Xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 15 oktyabr

Bütün Xəbərlər
Dünən, 16:35

İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib

Bütün Xəbərlər
Dünən, 16:25

Rusiyadan gətirilmiş 10 min qutu bioloji aktiv qida məhsulu məhv edilib

Bütün Xəbərlər
Dünən, 16:13

Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarıla bilər

Bütün Xəbərlər
Dünən, 15:53

Sərxoş sürücü ailə faciəsinin səbəbkarı oldu

Bütün Xəbərlər
Dünən, 15:40

Kartdan-karta pul köçürmələri ödənişli olacaq?

Bütün Xəbərlər
Dünən, 14:48

İstanbuldan Bakıya gələn sərnişində külli miqdarda dərman aşkar olunub

Bütün Xəbərlər
Dünən, 14:02

Rəsmi Bakı Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırıb

Oxşar xəbərlər