2024-cü ilin sonunda bəzi “iPhone” modellərinin qiymətlərində azalma gözlənilir.
İnsanoid.com Xarici KİV-lərə istinadən xəbər verir ki, xüsusilə, “iPhone 14” və “iPhone 14 Plus” modellərinin daha əlçatan qiymətlərlə satışa çıxarılacağı bildirilir. “iPhone 14” modeli 2027-ci ilə qədər “iOS” yeniləmələri ilə dəstəklənəcək, bu isə onu sərfəli seçimə çevirir.
Ekspertlər bildirirlər ki, “iPhone 16” ən ucuz “Apple Intelligence” xüsusiyyətlərinə malik cihazlardan biri olacaq. Bununla yanaşı, “iPhone SE 4” modelinin qiyməti də aşağı düşəcək, lakin mütəxəssislər bu modeli tövsiyə etmirlər. Bu seriyanın mart ayında təqdim olunacaq premium versiyasında kamera və ekran xüsusiyyətlərinin yenilənəcəyi gözlənilir.
Gələn il buraxılması planlaşdırılan “iPhone 17” modelləri isə artıq maraq doğurmağa başlayıb. Şayiələrə görə, uzun illərdən sonra ilk dəfə ön kamera yenilənəcək. “iPhone 17 Pro Max” modelinin hər üç kamerası 48 meqapiksel təsvir ölçüsünə malik olacaq və bu cihaz “iPhone 17 Air” adı ilə də tanına bilər.
Bu yeniliklər “Apple” fanatları üçün həyəcan yaradır və bazarda rəqabəti artıracağı gözlənilir.