Bakıda ən yüksək əməkhaqqı Pirallahıda qeydə alınıb.
2024-cü il iyunun 1-nə olan məlumata görə, Bakıda muzdla çalışanların sayı 980 975 nəfərə çatıb. Onların 403 184 nəfəri dövlət, 577 791 nəfəri isə qeyri-dövlət sektorunda işləyir. Şəhər üzrə orta aylıq əməkhaqqı ötən illə müqayisədə 8,1% artaraq 1 374,9 manat təşkil edib.
Ən yüksək orta əməkhaqqı Pirallahı rayonunda qeydə alınıb – 7 408 nəfər üçün 2 358,2 manat. Siyahının davamı belədir:
Səbail – 117 846 nəfər, 2 028,8 manat
Qaradağ – 24 569 nəfər, 1 623,3 manat
Xəzər – 33 106 nəfər, 1 603,3 manat
Nəsimi – 62 996 nəfər, 1 462 manat
Xətai – 92 818 nəfər, 1 265,3 manat
Nizami – 62 996 nəfər, 1 232,5 manat
Nərimanov – 115 737 nəfər, 1 130,6 manat
Yasamal – 170 710 nəfər, 1 127,7 manat
Ən aşağı əməkhaqqı isə bu rayonlarda qeydə alınıb:
Sabunçu – 38 473 nəfər, 999,7 manat
Binəqədi – 69 184 nəfər, 944 manat
Suraxanı – 22 110 nəfər, 917,5 manat
Dövlət müəssisələrində orta maaş 1 356,1 manat, özəl sektorda isə 1 388,4 manat olub.