Teymur Yusif oğlu Musayev Azərbaycan Baş nazirinin müavini təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamı ilə Teymur Musayev Azərbaycanın səhiyyə naziri vəzifəsindən azad edilib.
Anar Bayramov səhiyyə naziri təyin edilib.
Bu barədə Azərbaycan Prezidenti sərəncam imzalayıb.
Qeyd edək ki, dövlət başçısının Fərmanına əsasən "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilib.