top
Türkiyədə dəhşətli qətl: Aişə Tokyaz cinayəti ilə bağlı bütün TƏFƏRRÜATLAR
16 iyul 2025, 23:17
- +

Türkiyədə dəhşətli qətl: Aişə Tokyaz cinayəti ilə bağlı bütün TƏFƏRRÜATLAR

Türkiyənin İstanbul şəhərində, çemodanın içində meyiti tapılan 22 yaşlı universitet tələbəsi Aişə Tokyaz cinayəti ilə bağlı sarsıdıcı detallar ortaya çıxıb.

Aişə Tokyaz, Hatay şəhərindən İstanbula təhsil almağa gəlib və İşıq Universitetinin Tibb bacısı fakültəsinin son kurs tələbəsi olub. O, sosial media vasitəsilə tanış olduğu 38 yaşlı keçmiş polis əməkdaşı Cəmil Qoç ilə münasibət qurub. 2024-cü ildə narkotik və silah ticarəti səbəbilə vəzifədən uzaqlaşdırılan Qoç, Aişəyə evlilik təklifi etsə də, qız yaş fərqini əsas gətirərək bu təklifdən imtina edib.

Aişənin əkiz bacısı Əsra Tokyazın dediyinə görə, Qoç onu və ailəsini razı salmağa çalışıb və "son dəfə danışmaq" bəhanəsi ilə Aişəni evinə dəvət edib. Gənc qız oraya getdikdən sonra zorla saxlanılıb.

13 iyul 2025-ci il, bazar günü, İstanbulun Eyüpsultan rayonunda çemodanın içində, üzərində paltarı olmayan bir qadın meyiti aşkar edilib. Polisin apardığı araşdırmalar nəticəsində həmin şəxsin Aişə Tokyaz olduğu müəyyən edilib.

Araşdırmalar zamanı məlum olub ki, Aişə Cəmil Qoç tərəfindən döyülərək öldürülüb, daha sonra meyiti çemodana yerləşdirilib. Qoç və başqa bir şəxs çemodanı evdən çıxararaq avtomobilə yerləşdirib. Qeydiyyat Nişanı Tanıma Sistemi (QNTS) vasitəsilə təqib edilən avtomobilin Qoç tərəfindən idarə olunduğu və çemodanın yol kənarına atıldığı müəyyən olunub.

Cəmil Qoçun bir taksi sürücüsünə meyiti daşıması üçün 500 min lirə (20 min manatdan çox) təklif etdiyi, nəticədə isə meyiti başqa bir avtomobilə yüklətdiyi müəyyən olunub.

Cəmil Qoç və ona yardım edən 6 nəfər saxlanılaraq dindirilib. Qoçun ifadəsində cinayəti etiraf etdiyi, Aişənin bacısı Əsra Tokyazın isə dəfələrlə polisə müraciət etdiyi halda nəticə əldə edə bilmədiyi bildirilir.

Cinayətlə bağlı təhlükəsizlik kamerası görüntüləri yayılıb. Kadrlarda Ayşənin Qoçla birlikdə Küçükçekmecedəki evə daxil olması və çemodanın evdən necə çıxarıldığı əks olunub.

Üstəlik, Cəmil Qoçun adı 2023-cü ildə Türkmənistan vətəndaşı Ece Gül Övezovanın Diyarbəkirdə yaşadığı binanın 6-cı mərtəbəsindən yıxılaraq şübhəli şəkildə ölməsi hadisəsində də keçib. Lakin sübut çatışmazlığı səbəbilə azadlığa buraxılıb.

Bundan əlavə, Cəmil Qoçun qardaşının da FETÖ istintaqı çərçivəsində polislikdən xaric edildiyi məlum olub.

Son xəbərlər

Bütün Xəbərlər
Dünən, 15:56

AZAL və "Air Serbia" yeni kod-şerinq tərəfdaşlığına başlayıb

Bütün Xəbərlər
Dünən, 14:11

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə geniş tərkibdə görüşü olub

Bütün Xəbərlər
Dünən, 13:41

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü olub

Bütün Xəbərlər
Dünən, 12:49

Prezident İlham Əliyevin Gürcüstanın Prezidenti ilə təkbətək görüşü olub

Bütün Xəbərlər
Dünən, 10:08

İlham Əliyev Gürcüstanda dövlət səfərindədir

Hərbi
Dünən, 09:34

Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Cəmiyyət
04 aprel 2026, 05:53

Əli Əsədov leysan yağışların vurduğu zərərlə bağlı tapşırıqlar verib

Siyasət
04 aprel 2026, 01:19

İlham Əliyev Seneqal Prezidentini təbrik edib

Cəmiyyət
03 aprel 2026, 22:57

Yol polisi mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Cəmiyyət
03 aprel 2026, 22:47

FHN gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Siyasət
03 aprel 2026, 22:44

Prezident İlham Əliyev: "Həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik"

Siyasət
03 aprel 2026, 22:42

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır

Cəmiyyət
03 aprel 2026, 07:09

Həlak olan iki minatəmizləyənin ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edilib

Siyasət
03 aprel 2026, 06:00

Azərbaycanın səfirlik, nümayəndəlik, konsulluq və fəxri konsulluqları haqqında əsasnamələr təsdiqlənib

Cəmiyyət
03 aprel 2026, 05:25

Prezident minatəmizləmədə fərqlənən bir qrup şəxsi medalla təltif edib

Cəmiyyət
03 aprel 2026, 04:45

Bakı metrosunda qatarlar arasında interval növbəti dəfə azaldılıb

Cəmiyyət
03 aprel 2026, 04:28

"e-Sosial" mobil tətbiqi fəaliyyətini dayandırır

Nəqliyyat
03 aprel 2026, 00:45

Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsi ödənişli olacaq

Cəmiyyət
02 aprel 2026, 23:25

Mart ayında 91 nəfər zəhərlənib

İdman
02 aprel 2026, 06:41

“Azərbaycanda oynasam, babam sevincindən uçar” - Roman Kərimovun MÜSAHİBƏSİ - FOTO

Cəmiyyət
02 aprel 2026, 04:10

MİDA-da rəhbər vəzifəyə təyinat olub

Hava
02 aprel 2026, 01:46

Sabahın hava proqnozu açıqlanıb

Kriminal
02 aprel 2026, 01:40

Bakıda doğum günündə ərini öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Siyasət
02 aprel 2026, 01:17

Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Oxşar xəbərlər