TÖVSİYƏ XƏBƏRLƏR

Ceyhun Bayramov Əbu-Dabidə Şeyx Zayed məscidini ziyarət edib

Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdə olan Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Əbu-Dabidə Şeyx Zayed məscidini ziyarət edib. Bu barədə 31 oktyabr tarixində Nazirliyin “X” hesabında məlumat verilib.

Nazir qonaqlar kitabına imza atıb.

Xatırladaq ki, C.Bayramov səfər çərçivəsində BƏƏ-nin xarici işlər naziri Abdullah bin Zayed Al Nəhyan ilə görüşüb. Görüş zamanı Azərbaycan və BƏƏ arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub.