Ceyhun Bayramov Avropa Şurasının baş katibi ilə görüşüb

22 sentyabrda BMT Baş Assambleyasının 76-cı sessiyasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç ilə görüşüb. Bu haqda sentyabrın 23-də APA məlumat yayıb.

Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında 2022-ci il üzrə Fəaliyyət Planı, eləcə də regionda baş verən proseslərlə bağlı müzakirələr aparılıb. Ceyhun Bayramov Ermənistanın bölgədəki sülh quruculuğu ilə bağlı vəziyyəti gərginləşdirdiyini vurğulayıb.

“Azərbaycan etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları ilə eyni hüquq və azadlıqları təmin edərək münaqişədən təsirlənmiş ərazilərdə yaşayan erməni əsilli vətəndaşlarını yenidən öz siyasi, sosial və iqtisadi məkanına reinteqrasiya etmək əzmindədir”, – Ceyhun Bayramov GUAM Xarici İşlər Nazirləri Şurasının 37-ci iclasındaki çıxışı zamanı deyib.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Ceyhun Bayramov Avropa Şurasının baş katibi ilə görüşüb”

Tövsiyə xəbərlər