Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-nin Daimi Şurasının xüsusi iclasında iştirak etmək məqsədilə Avstriya Respublikasına işgüzar səfərə yola düşüb. Bu barədə 6 iyun tarixində Xarici İşlər Nazirliyi məlumat verib.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun ATƏT-nin Daimi Şurasının xüsusi iclasında çıxışı, habelə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
İyunun 7-də nazir Ceyhun Bayramovun Slovakiya Respublikasına işgüzar səfəri çərçivəsində isə Slovakiyanın xarici və Avropa işləri naziri Miroslav Vlaxovski, o cümlədən Slovakiyanın digər yüksək səviyyəli rəsmiləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.