TÖVSİYƏ XƏBƏRLƏR

Ceyhun Bayramov: Azərbaycan Ermənistana 5 maddədən ibarət yeni təklif göndərib

Azərbaycan Ermənistanla münasibətlərin normallaşması ilə bağlı qarşı tərəfə 5 maddədən ibarət təklif göndərib. Bu barədə 11 mart tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Anadolu” Agentliyinə müsahibəsində deyib.

Nazirin sözlərinə görə, Azərbaycan hazırda bu təkliflə bağlı Ermənistanın cavabını gözləyir. O qeyd edib ki, ölkəmiz keçmişin bütün çətinliklərinə baxmayaraq, Ermənistanla münasibətlərin normallaşmasının tərəfdarıdır.

“Təklif bu yaxınlarda göndərilib və 1 səhifədən ibarətdir. Orada əsas prinsiplər müəyyənləşdirilərək irəli sürülüb. Həmin prinsiplərin hamısı beynəlxalq münasibətlərin prinsipləridir, orada qeyri-adi şərhlər yoxdur”, – deyə nazir əlavə edib.

O, həmçinin qeyd edib ki, bir il əvvəl Ermənistana təqdim edilən təklif cavabsız qalıb: ”Ermənistan tərəfinin bu ikinci təklifə verdiyi cavaba baxaraq, yaxın vaxtlarda nə qədər səmimi olduğunu görəcəyik”.